2017-cı ilin yanvar-avqust aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 368 mln. 915 min 448,98 manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,6% azdır. Bu barədəMaliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə haqları 252 mln. 978 min 370,7 manat (artım 11,6%) və ya bütün bazar üzrə sığorta haqlarının 70,9%-ni təşkil edib. Bununla belə, həyat sığortaçı üzrə sığortaçıların haqları 110 mın. 871 min 535,06 manat təşkil edib (artım 38,1%), qeyri-həyat sığortası üzrə haqlar 142 mln. 106 min 835,64 manat (azalma 2,9%) təşkil edib.
Yanvar-avqust aylarında icbari sığorta növləri üzrə sığorta haqları 115 mln. 937 min 78,28 manat (azalma 10,6%) olub. Həmçinin, həyat sığortaçı üzrə sığortaçıların haqları 26 mln. 444 min 111,52 manat (artım 5,4%), qeyri-həyat sığortası üzrə haqlar 89 mln. 492 min 996,76 manat (azalma 14,4%) təşkil edib.
Bu dövrdə sığortaçıların sığorta halları üzrə ödənişlərə 167 mln. 60 min 917,49 manat yönəldiblər, bu da ötən ilin 8 ayının göstəricisindən 22,1% çoxdur.
Yanvar-avqust aylarında könüllü sığorta növləri üzrə sığortaçıların ödənişləri 130 mln. 746 min 441,03 manat (artım 30,5%) və ya bazar üzrə bütün ödənişlərin 78,2%-ni təşkil edib. Bununla belə, həyat sığortası üzrə ödənişlər 77 mln. 260 min 153,11 manat (artım 67%), qeyri-həyat sığortası üzrə ödənişlər 53 mln. 486 min 287,92 manat (azalma 0,8%) olub.
Bu dövrdə icbari sığorta növləri üzrə ödənişlər 36 mln. 314 min 476,46 manat (azalma 0,7%) təşkil edib. Həmçinin, həyat sığortası üzrə ödənişlər 1 mln. 789 min 810,38 manat (azalma 18,7%), qeyri-həyat sığortası üzrə ödənişlər 34 mln. 524 min 666,08 manat (artım 0,4%) təşkil edib. **
A.Əzizov