Tədbir “Gilan Holding”-in, FHN, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil olunmuşdur. Təntənəli açılış mərasimində Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov, MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, MOK-nin Baş Katibinin müavini və Ağır Atletika Federasiyasınınn vitse-prezidenti Azər Əliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri üzrə şöbəsinin rəisi, birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin Rəisi, general-polkovnik Elçin Quliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Energetika Naziri Ramin Quluzadə,”Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sədri Cahangir Əsgərov, Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərov çıxış etmişlər.
Yüksək qonaqların çıxışlarından sonra ilk startlar verilmişdir. İştirakçılar trasa saat 15:00-da çıxmışlar. Sonuncu komanda finişa 19:30-da çatmışdır. Tədbirin əsas hissəsi isti havada keçirdi və iştirakçılara və qonaqlara 12000 litr içməli su sərf olunmuşdur.
Yarışmada 1 500 –dən artıq insan iştirak etmişdir. Onların sırasında azərbaycanlı iştirakçılardan əlavə Rusiyanın müxtəlif şəhərlərindən olan nümayəndələr, həmçinin digər ölkələrdən qoşulmuş əcnəbilər də var idi. İştirak formatlardan biri qaliblərə 30000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparmağa imkan vermişdi.
Kişilər və qadınların çempionatında ilk üç yerin sahibləri:
Kişilər:
1-ci yer – Sergey Perelıgin
2-ci yer – Anton Suzdalev
3-cü yer Yeqor Belousov
Qadınlar:
1-ci yer – Alisa Petrova
2-ci yer – Anastasiya Mixina
3-cü yer Olqa Tarantinova
Bütün gün ərzində tamaşaçılara idman və əyləncə fəaliyyəti təklif edən fan-zona, fud-kort və geniş konsert proqramı təklif olunmuşdur. Konsertdə Natiq Şirinovun Milli musiqi ansamblı, Cin və Fuad Əsədov çıxış etmişlər.
Tədbirin aparıcıları Sənan Şəfizadə və Nurlanə Jəfərova trasda yaşanan emosiyaları fan zonada yarada bilmişlər.
“Mübarizlər” ekstrim sevərlərə tam yeni istirahət formatını təklif edir – çətin keçilən ərazidə maneəli yürüş.
Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.
Hal-hazırda maneəli yarışmalar dünyada ən çox populyarlıq qazanan yeni idman növü sayılmaqla yanaşı, klassik formatları artıq geridə qoyur.
İnformasiya dəstəyi APA agentliyinə aiddir.
İctimai şəbəkələrdə və Mubarizler.az rəsmi saytımızda layihənin gedişatını izləyin.