Azərbaycan özünü NATO-nun etibarlı tərəfdaşı kimi təqdim edib. Bu barədə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturaybəyan edib.
“Siyasi nöqyeti-nəzərdən Azərbyacna-NSTO əlaqələri tərifə layiqdir. Azərbaycan özünü etibarlı və stabil tərəfdaşı kimi təqdim edib”, - C.Appaturay çərşənbə axşamı bildirib.
O qeyd edib ki, Azərbaycan “Əfqanıstanda NATO-nun missiyasına mühüm və ardıcıl töhfə verib”.
“Bütövlükdə, Azərbaycan ümumi beynəlxalq təşəbbüslər çərçivəsində, o cümlədən NATO-nun missiyaları kontekstində, müxtəlif layihələrə ardıcıl töhfə verir”, - C.Appaturay vurğulayıb.
“Uzun illər ərzində əməkdaşlığımız davam edir. Azərbaycan özünün müdafiə infrastrukturunu qura bilib, bu da ölkəni etibarlı və stabil edir”, - o əlavə edib. **
F.İsazadə