Vaşinqton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım edəcək. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
“Yaxın zamanda həmsədrlər regiona səfər edəcəklər. Biz dəstək olmağa və bu səfərin reallaşdırılması üçün səy göstərməyə davam edirik”, - R.Sekuta çərşənbə axşamı jurnalistlərə bildirib.
Bununla yanaşı, amerikalı diplomat qeyd edib ki, o cümlədən ABŞ münaqişənin sülh yolu ilə nizamlanmasına yardım məqsədilə tərəflər arasında əlaqələrin qurulmasına səy göstərir.
“Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olaraq qalırıq”, - səfir vurğulayıb. **
F.İsazadə