1-4 oktyabr tarixlərində Macarıstana təşkil olunacaq ixrac missiyasına 20 Azərbaycan şirkətinin nümayəndələri daxildir. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 1-4 oktyabr tarixlərində Macarıstana təşkil olunacaq.İxrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir”, - məlumatda deyilir.
Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.
“Bundan əlavə, Azərbaycan şirkətləri ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar”, - məlumatda vurğulanır. **
A.Əzizov