2017-ci ildə “Minsk Traktor Zavodu” ASC Azərbaycana əlavə olaraq 460 ədəd texnika, həmçinin 60 ədəd pambıqyığan traktor tədarük edəcək. Bu barədə Belarus mətbuatında məlumat verilir.
“Tərəfdaşımız olan Gəncə Avtomobil Zavodu ilə müqavilə imzalanıb. Məsələ bundadır ki, 2017-ci ildə imzalanan müqavilə artıq icra olunub. Tərəfdaşlarımız 460 ədəd texnika, o cümlədən 60 ədəd pambıqyığan traktora dair əlavə saziş imlamaq məqsədilə Minska səfərə gəliblər. Biz bu il azərbaycanlı fermerlərin sifarişlərini yerinə yetirərkən pambıqyığan traktorları hətta təyyarə ilə tədarük etmişik”, - “MTZ”-nin baş direktoru Fyodor Domotenko bildirib. **
A.Əzizov