2016-cı ildə SOCAR şirkətinin (ARDNŞ) yataqlarından neft hasilatının maya dəyəri 2015-ci ilin göstəricisi ilə müqayisədə bir ton üçün 3,2% - 97,81 manatadək artıb. Bu barədə SOCAR-ın 2016-cı il ərzində fəaliyyətinə dair hesabatında deyilir.
Bir ton neftin maya dəyəri strukturunda əmək haqqının payı 15,5%, sosial sığorta üçün ayırmalar 3,2%, amortizasiya ayırmaları 17,5%, materiallara xərckər 3,3%, təmir işlərinə xərclər 7,1%, texniki xidmətlər 4,7%, mədən vergisi 9,9%, nəqliyyat xərcləri 17% və s. təşkil edib.
Hesabata görə, ötən il “Azneft” İB üzrə neft hasilatı 6 mln. 234,8 min ton təşkil edib, bu da 2015-ci ilin göstəricisindən 8% azdır. **
A.Əzizov