2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana turist axını 1,818 mln. nəfər təşkil edib, bu da 2016-cı ilin hesabat dövrü ilə müqayisədə 23,1% çoxdur. Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan edib.
“Cari ilin 8 ayı ərzində 1,818 mln. turist Azərbaycana səfər edib, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 23,1% çoxdur”, - Ə.Qarayev çərşənbə günü mətbuat konfransında bildirib.
2016-cı ildə 2,248 mln. turist Azərbaycana səfər edib, bu da 2015-ci ilin göstəricisindən 11,7% çoxdur. **
R.Babayev