Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda İkinci "Shoping festival"ı keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“15 oktyabr-15 noyabr tarixlərində Bakıda İkinci "Shoping festival"ı keçiriləcək”, - Ə.Qarayev bildirib.
Nazirin sözlərinə görə, Birinci "Shoping festival"ın (10 aprel-10 may 2017-ci il - İF) təşklinə xərclər 700 min manat, büdcəyə daxilolmalar 5,6 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin ilkin hesablamalarına görə, 2017-ci ildə iki "Shoping festival"ın keçirilməsindən büdcəyə təxminən 50 mln. manat məbləğində gəlir daxil ola bilər. **
R.Babayev