2017-ci ilin birinci yarısında Azərbaycanda turizm sektorunun müsbət saldosu $100 mln. təşkil edib. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“Birinci yarımillikdə Azərbaycanda əcnəbi turistlərin xərcləri azərbaycanlı turistlərin xaricdə xərclədikləri $1,2 mlrd.-a qarşı $1,3 mlrd. təşkil edib. Beləliklə, $100 mln. məbləğində müsbət saldo formalaşıb”, - Ə.Qarayev çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əcnəbi turistlər nağdsız hesablaşmalar vasitəsilə $715 mln.-a yaxın vəsait xərcləyiblər.
“Əcnəbi turistlərin iştirakı ilə bank əməliyyatlarına gəlincə isə, il ərzində onların həcmi 97% artaraq ilk 6 ay ərzində $713,918 mln. təşkil edib. Bu dövr ərzində həmçinin turistlərimiz xaricdə $600 mln. nağdsız hesablaşma həyata keçiriblər”, - nazir vurğulayıb. **
R.Babayev