Azərbaycan və Serbiya xarici işlər nazirləri Elmar Məmmədyarov və İvitsa Daçiç iki ölkənin ərazi bütövlüyünün Bakı və Belqrad tərəfindən
dəstəkləndiyini qeyd edirlər.
E.Məmmədyarov və İ.Daçiç arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə Azərbaycan XİN məlumat verir.
E.Məmmədyarov məktubda Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini qeyd edib. Nazirlər həmçinin Azərbaycan və Serbiyanın ərazi bütövlüyünün qarşılıqlı dəstəyinə görə biri-birinə minnətdarlıq ifadə ediblər.
E.Məmmədyarov Bakı və Belqrad arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.
İ.Daçiç öz növbəsində qeyd edib ki, Bakı və Belqrad “üzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıb” və əməkdaşlığı genişləndirə bilərlər. **
A.Əzizov