Azərbaycan ildə 3-3,5 mln. nəfər turist axını qəbul edə bilər. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Bu gün Azərbaycanda mövcud infrastuktur hər il 3-3,5 mln. turist qəbul etməyə imkan yaradır. Lakin bu, sözsüz, minimum göstəricidir, gələcəkdə bu rəqəm artacaq ”, - Ə.Qarayev çərşənbə günü mətbuat konfransında vurğulayıb.
O, həmçinin turizm obyektlərinin sayının artmasına yönələn tədbirlərin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
“Bu gün Azərbaycanda yeni otellər inşa edilir, hostellər açılır, bu da gələcəkdə ölkəmizin daha artıq sayda turist qəbul etməyinə imkan yaradacaq. Misal üçün, hələ 3 il əvvəl Azərbaycan hazırki səviyyədən 15-20% az turist qəbul etmək iqtidarında idi”, - nazir bildirib. **
R.Babayev