Azərbaycan prezident İlham Əliyev təhlükəsizlik sahəsində Belarus ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bəyan edir.
Azərbaycan pezidenti İlham Əliyev çərşənbə günü Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib. Bu barədə prezidentin rəsmi saytında məlumat verilir.
“İ.Əliyev bildirdi ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir. Prezident bu istiqamətdə də ölkələr arasında yaxşı təmasların mövcud olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi”, - məlumatda deyilir.
S.Zas, öz növbəsində Bakı ilə Mİnsk arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini dedi. “S.Zas görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10% artdığını vurğuladı”, - məlumatda qeyd olunur.
Dövlət katibi həmçinin vurğulayıb ki, “Minskda İ.Əliyevin səfərini səbirsizliklə gözləyirlər”. **
F.İsazadə