Çərşənbə günü iqtisadiyyat naziri Şashin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti “Investisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak məqsədilə Rusiyanın Stavropol şəhərinə səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Tədbirin təşkilatçıları qismində Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi çıxış edir.
Xəbər verildiyi kimi, Forumda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak edəcək.
Forumun işgüzar proqramı çərçivəsində tematik dəyirmi masalar, işgüzar əlaqələrin birjasının keçirilməsi planlaşdırılır. Tədbirdə humanitar, sənaye, səhiyyə və turizmin inkişafı sahələrində, aqrosənaye sektorunda Rusiya və Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrin qurulmaslı məsələlərinə baxılacaq.
Rusiya-Azərbaycan Regionlararası Forum 2010-cu ildən etibarən keçirilir. **
A.Əzizov