Minsk əczaçılıq sahəsində Bakı ilə əlaqələrin genişləndirilməsi və bu sahədə Azərbaycan ərazisində birgə müəssisənin yaradılmasında maraqlıdır. Bunu Belarusun səhiyyə naziri Valeri Malaşko deyib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü iqtisadiyyat naziri Şahin Mustafayev Valeri Malaşkonu qəbul edib.
“V.Malaşko vurğulayıb ki, Belarus Azərbaycanla digər sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sahələrində də əlaqələrin inkişafında, o cümlədən tibb sahəsində mütəxəssis hazırlığına dəstək göstərməkdə və birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır”, - məlumatda deyilir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirir. Artıq bu sahədə ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb.
“Sənaye parkında Rusiya və İranla birgə müəssisələrin təşkili istiqamətində iş aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edə bilərlər”, - məlumatda qeyd olunur.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan-Belarus əlaqələri iqtisadiyyatın bir çox sahələrini əhatə və uğurla inkişaf etdi
Onun sözlərinə görə, bu il Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının Belarusa ixracının artırılmasında əhəmiyyətlidir. **
F.İsazadə