2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 98,7% artıb. Bu barədə Çinin Azərbaycandakı səfiri VeyCinhua bəyan edib.
“Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi $775 mln. təşkil edib. Bu 2016-cı iolin analoji dövrünün göstəricisindən 98,7% çoxdur”, - V.Cinhua Çin Xalq Respublikasının yaradılmasının 68-ci ildönümümünasibətilərəsmi qəbulda bildirib.
Diplomat qeyd edib ki, Çin dördüncü ən iri ticarət tərəfdaşı və Azərbaycan mallarının üçüncü ən iri idxalçı və ixracatçısıdır. **
F.İsazadə