Rusiyanın Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevə diyaərin investisiya potrensialı barədə söz açıb.
“Ş.Mustafayev sentyabrın 28-də başlanacaq “Investisiyalar, innovasiyalar, turizm” mövzusunda 8-ci Rusiya-Azərbaycan Regionlarası Forumunda iştirak məqsədilə Stavropola gəlib. V.Vladimirov və Ş.Mustafayev Pyatioqorska gəliblər”, - Rusiya mətbuatı qeyd edir.
Bundan əlavə, Ş.Mustafayev regionun investisiya potensialı və sənaye parklarının inkişafı üzrə təcrübəni öyrənib. “İndi ərazi rəhbərləri və işgüzar dairələrin nümayəndələri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməlidirlər”, - mətbuatda vurğulayıb. **
A.Əzizov