Azərbaycan və Türkiyə silahların yerli istehsalını inkşaf etdirməlidir. Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli belə hesab edir.
“Müdafiə sənayesi məhsullarının birgə istehsalı sahəsində qarşılıqlı dəstək əməkdaşlığımızın vacib detalıdır. Bizim silaha ehtiyacımız olduğu zaman dünyanın heç bir ölkəsinin ölkəmizə silah satmadığının şahidi olduq. Biz bunu yaşadıq, Aərbaycanda da bunu yaşayıblar. Bu səbəbdən milli silah istehsalını inkişaf etdirməliyik”, - N.Canikli cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, özünün silah istehsalının təşkili ərazilərin müdafiəsi üçün vacibdir. “Dağlıq Qarabağın işğalına son qoymaq lazımdır. Bu, Azərbaycan ərazisidir, gec və ya tez zamanda erməni işğalına son qoyulacaq. Bunun üçün biz güclü olmalı və özümüzün silah sistemini inkişaf etdirməliyik. Biz bunu anlayırıq və ikitərəfli münasibətlərin bütün səviyyələrində bu məsələyə dair həll mövcuddur”, - nazir əlavə edib. **
F.İsazadə