Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların 20-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 62 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.**
R.Babayev