Azərbaycan Rusiya ilə ASK məhsulları üzrə illik ticarət dövriyyəsinin $1 mlrd.-dan çox artmasında maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan sahibkarları Rusiyaya $240 mln. ümumi məbləğdə mallar tədarük ediblər (2017-ci ilin 7 ayı ərzində - İF). Qiymətləndirmələrimizə görə, bu həcmdə ticarət dövriyyəsi son nöqtə deyil. Məqsəd yalnız aqrosənaye kompleksində ümumi məbləği $1 mlrd.-dan çoz artırmaqdır. Hətta, bunun sayəsində iki ölkə arasında münasibətlər daha da yaxşılaşacaq”, - Ş.Mustafayev Stavropolda keçirilən 8-ci Rusiya-Azərbaycan Regionlarası Forumunda bildirib. Bu barədə “Rossiyskaya qazeta” nəşri məlumat verir.
O həmçinin əlavə edib ki, son illər ərzində neftin qiymətində sıçrayışlar həm Azərbaycan, həm də Rusiyanı tədricən iqtisadiyyatın neft sektorundan ASK sahəsinə keçidə vadar edib.
Nəşr qeyd edir ki, bu gün Rusiya Azərbaycanın əsat ticari-iqtisadi tərəfdaşıdır. “Rusiyanın Azərbaycana investisiyalarının ümumi həcmi $3 mlrd.-ı ötüb. Qarşılıqlı sərmayələrin axını hələlik 3 dəfə azalıb. Həm əməkdaşlıq yalnız federal deyil, həm də regional səviyyədə fəal inkişaf edir. Rusiya regionlarının təxminən yarısında Azərbaycan tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki, mədəniyyət sahələrində əməkdaşlığa dair ikitərəfli sazişlər qüvvədədir”, - qəzetdə bildirilir.
Bununla yanaşı, əsas maliyyə axınlarından biri aqrar sektoruna yönəldilib. **
A.Əzizov