Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakıda Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi keçirilir. Bundan başqa, paytaxtda Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası, həmçinin MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumu keçirilir. **
F.İsazadə