Kür çayı üzərində yerləşən metal dəmir yolu körpüsünün bərpası 12 mln. manata başa gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
“Azərbaycan Dəmir Yolları” QSC Yevlax-Malay yolunun 253-cü km-də Kür çayı üzərində yerləşən metal dəmir yolu körpüsünün bərpası işlərinə “Körpü-Bina Tikinit” MMC-ni cəlb edib”, - hökumətdən qeyd ediblər.
Bərpa işləri 12 mln. manat məbləğində qiymətləndirilir. **
A.Əzizov