Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 89 cinayət faktı qeydə alınıb, onların 18-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. **
F.İsazadə