Azərbaycan Bağdad ilə Ərbil arasında münasibətlərin İraqın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Azərbaycan İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdistan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”, - H.Haciyevin bəyanatında deyilir. **
A.Əzizov