Azərbaycan prezidenti İlham Əliyev cümə günü dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimində iştirak edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Mərasim Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının binasında keçirilir.
Lütfi Zadə (Lütfəli Ələsgərzadə) 4 fevral 1921-ci ildə Bakı şəhərinin Novxanı qəsəbəsində anadan olub. L.Zadə 1944-cü ilin iyul ayında Amerika Birləşmiş Ştatlarına köçüb. Alim 2017-ci il sentyabrın 6-da ABŞ-da vəfat edib.
2017-ci ilin avqust ayında professor Lütfi Zadə Azərbaycanda dəfn olunması ilə bağlı Prezident Administrasiyasına məktubla müraciət edilib. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq. **
F.İsazadə