Bu gün Ali Məhkəmədə bloger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Bu barədə “İnterfaks-Azərbacan” agentliyinə məhkəmədən məlumat verilib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. **
R.Babayev