Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 90,4 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu kreditlər hesabına 1,154 min sahibkarlıq subyektinin investisiya layihələri maliyyələşdirilib.
Sentyabrın 29-da SKMF Lənkəran rayonunda sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi ilə bağlı tədbir keçirib.
Tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat ümumi məbləğdə güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bitkiçilik, turizmin inkişafı, toxuculuq məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.
Bu layihələrinin reallaşdırılması 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. **
A.Əzizov