Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi təcrübəsinin tətbiqi həbs edilmiş şəxslərin 30% azalmasına səbəb olub. Bunu Milli Məclisdə bu gün keçirilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı ictimai dinləmələrdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib.
“Cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanda həbslərin 30% azalmasına gətirib”, - Ş.Yusifov cümə günü bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin bu il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. **
R.Babayev