Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibiNikolayPatruşev Bakıda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəriRamiz Mehdiyevlə terrorçuluqla mübarizə və beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edib.
“Xüsusilə, regional təhlükəsizlik, dini ekstremizm və terrorçuluqla mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa dair məsələlərə baxılıb”, - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətindən “İnterfaks-AVN” agentliyinə daxil olan məlumatda deyilir.
Məsləhətləşmələrin yekununda N.Patruşev R.Mehdiyevlə görüşdə vurğulayıb ki, “Rusiya və Azərbaycan arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli gündəlik məsələlərinə dair strateji tərəfdaşlıq xarakteri ilə fərqlənir”. **