Oktyabrın 1-dən etibarən “Turan” İnformasiya Agentliyi fəaliyyətini bərpa edəcək. Bu barədə agentlikdən məlumat verilib.
“Hörmətli oxucular, "qara sentyabr" geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik”, - məlumatda deyilir. **
F.İsazadə