2-3 oktyabr tarixlərində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıya rəsmi səfər edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Səfər zamanı P.Klimkin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək”, - məlumatda deyilir.
Bundan başqa, oktyabrın 3-də Azərbaycan və Ukrayna XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər. **
F.İsazadə