2017-ci ilin yanvar-sentyabr aylarında manat dollara qarşı 3,98% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Sentyabr ayında manatın dollara qarşı məzənnəsi 0,047% möhkəmlənib (avqust ayında manat dollara qarşı 0,0597% ucuzlaşıb).
Sentyabrda manatın dollara qarşı orta məzənnəsi avqust ayında qeydə alınmış 1,7008 AZN/$1-ə qarşı 1,7007 AZN/$1 təşkil edib.
Yanvar-sentyabr aylarında manat avroya qarşı 7,41% ucuzlaşıb, sentyabrda 0,88% ucuzlaşıb (avqustda manat avroya nisbətən 1,21% ucuzlaşıb).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.**
A.Əzizov