Rəsmi Bakı İspaniyanın ərazi bütövlüyünə tanıyır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bəyan edib.
“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir”, - bəyanatda deyilir.
"Biz mövcud vəziyyətin (Kataloniyada - İF) İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq", - H.Hacıyev vurğulayıb. **
R.Babayev