Prezident İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezidentə görülən işlər barədə məlumat verib.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsinin ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.
Oktyabrın 2-də prezident İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında da iştirak edib.*
R.Babayev
R.Babayev