Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin sentyabr ayında valyuta hərraclarında $252,5 mln. ümumi məbləğdə valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Sentyabr ayı ərzində ARDNF $252,5 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin avqust ayında valyuta hərraclarında $292,6 mln. məbləğində valyuta satıb. Beləliklə, sentyabrda valyuta satışının həcmi avqust ayı ilə müqayisədə 13,7% azalıb.
Yanvar-sentyabr aylarında ARDNF ümumilikdə $2 mlrd. 486,02 mln. ümumi məbləğində xarici valyuta satıb (ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 36,5% - İF-Az).
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov