2017-ci il oktyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $50,3 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna 85.239.254,73 AZN, 212.873,88 ABŞ dolları, 8636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə