Oktyabrın 2-də Milli Məclisin payız sessiyası öz işinə başlayıb.
«Sessiyanın gündəliyinə bir çox məsələlər, o cümlədən 2017-ci ilin dövlət büdcəsi və onunla bağlı sənədlər daxildir», - deyə Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasının ilk plenar iclasında bildirib.
Onun sözlərinə görə, parlament yaz və növbədənkənar sessiyalar çərçivəsində işlər planını uğurla yerinə yetirib.
«Milli Məclisin yaz və növbədənkənar sessiyalarının 14 plenar iclasında 268 qanun layihəsi və qərar qəbul edilib», - deyə sədr qeyd edib.*
R.Babayev