ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk qrupunun tərkibinin dəyişdirilməsinə dair sözlərini təkzib edib.
“Bu yaxınlarda Azərbaycana səfərim zamanı yerli kütləvi informasiya vasitələri sözlərimdən düzgün sitat gətirməyib. Dərhal səhvləri düzəltmək tələbimizə baxmayaraq məlumat saytları qeyri-dəqiq informasiyanı artıq istifadə etmişdilər. Bu səbəbdən bir daha təkrar etməliyəm ki, heç zaman ATƏT-in Minsk qrupunun tərkibinin təkrar baxılmasını təklif etməmişəm”, - K.Vigenin bazar ertəsi ATƏT PA-nın saytında dərc olunan bəyanatında deyilir.
“ATƏT-in Minsk qrupu və həmsədrlərin vasitəçilik səylərini dəstəkləyirəm. Dağlıq Qarabağ münaqişəsinin sülh yolunun həllinin axtarışı üzrə səylərə imkan yaratmaq məqsədilə parlament səviyyəsində fəaliyyətimi davam etdirəcəyəm”, - o qeyd edib. **