ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər. Bu barədə yerli KİV-lər ABŞ-ın Bakıdakı səfirliyinə istinadən məlumat yayıb.
“Bakı və Yerevana səfər çərçivəsində həmsədrlər Azərbaycan və Ermənistanın rəsmiləri ilə görüşlər keçirəcək”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, bu, amerikalı vasitəçi Andrü Şoferin Minsk qrupunun tərkibində regiona ilk səfəri olacaq.
“ATƏT-in Minsk qrupunun həmsədri olan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyən ABŞ münaqişə tərəfləri ilə fəal şəkildə işləyəcək”, - deyə mənbə qeyd edib.*
F.İsazadə