Azərbaycanın Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqer fəaliyyətə başlayıblar. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Xarici işlər naziri Elmar Məmmədyarov H.Mantsenrayter və A.Köniqsberqerə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verib”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.
H.Mantsenrayter və A.Köniqsberqer fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.*
F.İsazadə