Azərbaycanda aqroparkların yaradılmasına ümumi investisiyalar 1,2 mlrd. manat həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Respublikasındakəndtəsərrfatıməhsullarının istehsalınavə emalına dair StratejiYol Xəritəsində əks olunan tədbirlərin icrasının monitorinqi üzrə materiallarda qeyd edilir.
“Azərbaycanda 38 aqropark yaradılır. Onların yaradılmasına sərmayələr 1,2 mlrd. həcmində qiymətləndirilir. Həmin aqroparkarın ümumi sahəsi 157,6 min hektar təşkil edəcək”, - materiallarda qeyd olunur.
Xüsusilə SKMF-nin xətti ilə Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Fizuli, Cəlilabad və İsmayıllı rayonlarında aqroparkların yaradılmasına 76,1 mln. manat məbləğində güzəştli kreditlər ayrılıb. “Onların yaradılmasına investisiyalar 207 mln. manat həcmində qiymətləndirilir”, - materiallarda vurğulanır.
O cümlədən, 2017-ci ilin birinci yarısında SKMF xətti ilə iki aqroparkın yaradılmasına 11,5 mln. manat məbləğində güzəştli kredit ayrılıb. **
A.Əzizov