2017-ci ildə Azərbaycan kənd təsərrüfatı texnikasının alışına $101 mln. 415,05 min və 14,2 mln. avro məbləğində vəsait yönəldəcək.
“Pambıq istehsalı ilə məşğul oaln müəssisələr də daxil olmaqla, iri müəssisələrin sifarişi ilə 2017-ci ildə 5,602 min ədəd kənd təsərrüfatı texnikasının alışı planlaşdırılır. Həmin texnikanın alışına $101 mln. 415,05 min və 14,2 mln. avro məbləğində vəsait yönəltmək nəzərdə tutulur”, - “Azərbaycan Respublikasında kənd təsərrfatı məhsullarının istehsalınavə emalına dair Strateji Yol Xəritəsi”ndə əks olunan tədbirlərin icrasının monitorinqi üzrə materiallarda qeyd edilir.
Xüsusilə, cari il 150 ədəd pambıqyığan kombayn, 1,27 min müxtəlif növ traktor alışı planlaşdırılır.
Bundan əlavə, 2017-ci ildə 59 ədəd JD 9970 markalı pambıqyığan kombayn Azərbaycana gətiriləcək. “Bu texnikanın ümumi dəyəri $17,58 mln. təşkil edir. Onun tədarükünə dair müqavilə hələ 2016-cı ildə imzalanıb”, - materiallarda qeyd olunur. **
A.Əzizov