2017-ci ilin IV rübündə Alternativvə Bərpa OlunanEnerji Mənbələri üzrə Dövlət Agentliyi 2025-ci ilə qədər dövr üçün alternativ enerji mənbələrinin potensialına dair proqnozları Energetika Nazirliyinə təqdim edəcək.
“Agentlik 2017-ci ilin IV rübündə 2025-ci ilə qədər dövr üçün alternativ enerji mənbələrinin potensialına dair elmi əsaslanmış proqnozları Energetika Nazirliyinə təqdim etməlidir”, - “Azərbaycan Respublikasındakommunal xidmətlərin(elektrik və istilik enerjisi, su və qaz)inkişafınadairStrateji YolXəritəsi”ndə əks olunan tədbirlərin monitorinqinə dair materiallarda qeyd olunur.
Agentliyin ilkin hesablamalarına əsasən, Azərbaycanda istehsal olunan günəş enerjisinin potensialı - 50 Meqavatt, külək enerjisinin potensialı - 350 Meqavatt, biokütlədən əldə olunan enerjinin potensialı - 20 Meqavat səviyəsində qiymətləndirilir.
“Artıq yaxın zamanda alternativ enerji üzrə daha dəqiq proqnozlar Energetika Nazirliyinə təqdim olunacaq”, - sənədlərdə qeyd edilir.
Bundan əlavə, cari ilin IV rübündə Azərbaycanda fəaliyyət göstərən elektrik stansiyalarının səmərəliliyinin artırılması və ölkə daxilində tələbatlara dair proqnozlar, “Azərenerji” ASC-nin ixrac potensialının texniki-iqtisadi əsaslandırılması Energetika Nazirliyinə təqdim olunmalıdır. **
A.Əzizov