Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların 12-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.**
R.Babayev