Azərbaycanda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici vətəndaşların axtarış-xilasetmə əməliyyatları həyata keçirilir. Bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.
“Oktyabrın 3-də 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli "Nissan Patrol" markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub”, - müraciətdə deyilir.
Yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng mərkəzinə ötürülüb.
“Hazırda xarici vətəndaşların axtarış-xilasetmə əməliyyatları həyata keçirilir”, - ARDDA-dan bildiriblər. **
R.Babayev