Bakı və Kiyev arasında münasibətlər strateji xarakter daşıyır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır. Bizim siyasi mövqelərimiz həmçinin beynəlxalq meydançalarda da üst-üstə düşür”, - E.Məmmədyarov çərşənbə axşamı ukraynalı həmkarı Pavlo Klimkin ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələn il Azərbaycan-Ukraynaiqtisadi əməkdaşlıq məsələləri üzrəhökumətlərarası komissiyanınnövbəti iclası keçiriləcək.
Öz növbəsində P.Klimkin qeyd edib ki, 2017-ci ilin 9 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 66% artıb. “Cari ilin 9 ayı ərzində ticarət dövriyyəsinin həcmi ümumilikdə 2016-cı ilin göstəricisindən çoxdur”, - o vurğulayıb.
P.Kimkin əlavə edib ki, o cümlədən Azərbaycan ərazisindən keçməklə malların daşınması sahəsində 5 dəfə artım müşahidə olunur. **
F.İsazadə