Oktyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfər edəcəklər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Həmsədrlər cümə günü İrəvanda, şənbə günü isə Bakıda olacaqlar”, - E.Məmmədyarov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ətrafında cari vəziyyət, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ətrafında müzakirələr aparacaqlar. **
F.İsazadə