Bakı və Brüssel strateji tərəfdaşlıq saziş layihəsinin ikinci fəslini müzakirə edirlər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Biz Aİ ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Hazırda strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik. Bu mənada müəyyən çətinliklər var, ancaq düşünürəm ki, danışıqlar rahat keçəcək”, - E.Məmmədayrov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ilkin olaraq yeni saziş lasyihəsi üzrə danışıqları noyabrda qədər yekunlaşdırmaq planlaşdırılırdı.
E.Məmmədayrov əlavə edib ki, Bakı və Aİ həmçinin aviasiya sahısində əməkdaşlıq məsələsini müzakirə edir. “Yəqin ki, oktyabrda bu sənədə dair son görüş keçiriləcək”, - o vurğulayıb.
F.İsazadə