Kiyevdə Azərbaycan prezidenti İlham Əliyevin səfərini səbirsizliklə gözləyirlər. Bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.
Azərbaycan prezidentinin Ukraynaya səfərini səbirsizliklə gözləyirlər”, - P.Klimkin çərşənbə axşamı İ.Əliyevlə görüşdə bildirib. Bu barədə dövlət başçışısının saytında məlumat verilir.
İqtisadi əməkdaşlığa toxunan P.Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğuladı.
Öz növbəsində, İ.Əlityev iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi.
Ukraynanın prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı.Prezident qeyd etdi ki, bu səfər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin, xüsusilə iqtisadi-ticarət, investisiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi işinə təkan verdi.
Dövlət başçısı bildirdi ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.
İ.Əliyev dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlığın aparıldığını dedi. **
R.Babayev