2017-ci ilin yanvar-aprel aylarında “Azərsu” ASC (Azərbaycanın milli su operatoru) hökumətdən 178 mln. manat məbləğində maliyyə yardımı cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“2017-ci ilin yanvar ayında Nazirlər Kabineti “Azərsu”ya 149,5 mln. manat, mart ayında - 14 mln. manat məbləğində subsidiyaların verilməsini təsdiq edib. Bu vəsaitlər su təchizatı sistemlərinin tikintisi və təkmiləşdirilməsi layihəsinin maliyyələşdirilməsi üçün nərzədə tutulub”, - ASC-dən qeyd ediblər.
Bundan əlavə, cari ilin aprel ayında Nazirlər Kabineti “Azersu”ya cari infrastruktur layihələrinin tikintisi və təmiri çərçivəsində 14,7 mln. manat məbləğində maliyyə yardımının ayrılmasını təsdiq edib. **
A.Əzizov